Mikroavtobus sürücüsünün vəziyyəti olrta-ağırdır

Mikroavtobus sürücüsünün vəziyyəti olrta-ağırdır

29 Yanvar 2015 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
O, nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edildiyi üçün özünə od vurmuşdu

Özünü yandıran mikroavtobus sürücüsünün bədəninin 30% hissəsi yanıb. Hazırda o, reanimasiya şöbəsində müayinə olunur".
Bunu ANS PRESS-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. O bildirib ki, yuxarı tənəffüz yollarında yanıqlar olduğu üçün həmin şəxs üçün həyati təhlükə var: "Bir az gözləmək lazım gələcək. Əgər 3-4 günlük müddətdə bir problem olmazsa yanıq keçib gedəcək, əks təqdirdə acı nəticə ola bilər".
Qeyd edək ki, ötən gün Arzuman Hümbətov "20 Yanvar" dairəsinin yaxınlığında üzərinə benzin tökərək özünü yandırıb. Sürücü ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.
Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub. ilkin ehtimallara görə, A.Hümbətovun nəfəs borusu da xəsarət alıb. Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir.

Mediainfo.az