Zərdabda qatilin ailəsini kənddən qovdular

Zərdabda qatilin ailəsini kənddən qovdular

28 Yanvar 2015 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin dekabr ayının 30-da Zərdab rayonunun Hüseynxanlı kəndində ərazisində baş vermiş qətl hadisəsilə bağlı yeni məlumatlar əldə olunub.

Avropa.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunu qətlə yetirən Dəliquşçu kənd sakini Mehrəliyev Vüsal Ələsgər oğlunun ailəsini kənd sakinləri kənddən qovublar.

Hazırda ailənin Zərdab rayonunun mərkəzində sığınacaq taparaq məskunlaşdığı bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 30-da Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşadın meyiti başı kəsilmiş halda rayonun Hüseynxanlı kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.

Mediainfo.az