Həmyerlisini bıçaqladı

Həmyerlisini bıçaqladı

28 Yanvar 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Bərdə Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakini Vüsal Rzayev münaqişə zəminində həmkəndlisi Müşfiq Paşayevə kəsici-deşici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Rzayev tutulub.

Mediainfo.az