Əcnəbi qonaqları döyən sonuncu şəxs də həbs edildi

Əcnəbi qonaqları döyən sonuncu şəxs də həbs edildi

28 İyun 2011 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakıda amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisini döyən sonuncu şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devisi döyməkdə şübhəli bilinən Babək rayon sakini Nazim Hüseynov iyunun 27-də saxlanılıb.

Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub. Bununla əlaqədar həmin gün Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən üçü - Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbə sakini, 1993-cü il təvəllüdlü Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu Həsənov tutulublar.

Xarici qonaqlara qarşı xaric münasibət bəsləyənlər azadlıdan xaric edilə bilərlər.

Tofiq Əliyev

O.M.