Şəkidə ev yanıb, xəsarət alan olmayıb

Şəkidə ev yanıb, xəsarət alan olmayıb

28 Yanvar 2015 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Şəkinin Baş Göynük kəndində, Əsgər Məhəmməd oğlu Abdulkərimova məxsus, birmərtəbəli ümumi sahəsi 63 kv/m olan 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-in texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları və 2 otaq ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin bir otağı yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

Mediainfo.az