DƏHŞƏT!!! Arvadının başını kəsdi

DƏHŞƏT!!! Arvadının başını kəsdi

26 Yanvar 2015 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qətl hadisəsi baş verib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.

Polisdən qətl hadisəsi törədən şəxsin Bakı metrosunda elektrik-mexanik işlədiyi bildirilib.

Mediainfo.az