Tanışını döyə-döyə öldürdü

Tanışını döyə-döyə öldürdü

26 Yanvar 2015 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində tanışını öldürməkdə təqsirli bilinən Rahid Qüdrətovun cinayəti işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Hadisə ötən ilin mayın 15-də baş verib. Lerik rayon sakini Qaşqay İmanovun xəstəxanada infarktdan ölməsi barədə polisə məlumat daxil olub. Aparılan araşdırma zamanı məlum olub ki, Qaşqay İmanov Bakı şəhər sakini Rahid Qüdrətov tərəfindən döyülüb və aldığı xəsarətdən ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahid Qüdrətova 10 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rahid Qüdrətov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Rahid Qüdrətovun apelyasiya şikayəti təmin edilməyib.

Mediainfo.az