Ailədə qalmaqal düşdü, intiharı çıxış yolu bildi

Ailədə qalmaqal düşdü, intiharı çıxış yolu bildi

26 Yanvar 2015 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Samux rayonunun Karayeri qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ramin Kamil oğlu Qurbanov sirkə turşusundan zəhərlənmə və qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilsə də, yaralının vəziyyəti orta-ağır olaraq qalır. Araşdırma zamanı məlum olub ki, 38 yaşlı R. Qurbanov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünü bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az