İnkassator avtomobilindən 60 milyon rubl oğurlandı

İnkassator avtomobilindən 60 milyon rubl oğurlandı

23 Yanvar 2015 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Tatarıstanda naməlum şəxslər inkassator maşınına hücum edib.

Lenta.ru xəbər verir ki, hücum zamanı maşından 60 milyon rubl pul oğurlanıb. Zelenodolsk bölgəsində baş verən hadisə zamanı hücumçuların silahla atəş açdıqdan sonra sürücünün qaçdığı bildirilib.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Qeyd edək ki, bu Tatarıstan ilk belə hadisə deyil. 2014-cü ilin dekabrında da naməlum şəxslərin inkassatora hücumu zamanı 40 milyon rubl oğurlanıb.

Mediainfo.az