
Sabirabadda oğru dəstə zərərsizləşdirildi
Sabirabad rayonunda oğurluq edənlər həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ətcələr kənd sakini Elmar Həsənov, Şirvan şəhər sakinləri Qurban Qurbanov və Zəbulla Məhərrəmov tutulublar.
Dəstə üzvləri yanvarın 19-da Mədinə Əliyevanın 8150 manatını oğurlamaqda təqsirli bilinirlər.
Mediainfo.az
Digər xəbərlər