Rus əsgərini öldürən erməni tutulub

Rus əsgərini öldürən erməni tutulub

23 Yanvar 2015 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Mineralnıye Vodı şəhərində yerli sakin, 23 yaşlı Mixail Qriqoryan həbs edilib. "Komsomolskaya pravda"nın verdiyi məlumata görə, M. Qriqoryan Rusiya Daxili İşlər Nazirliyinin "Edelveys" xüsusi təyinatlı dəstəsinin əsgəri Dmitri Sidorenkonu qətlə yetirməkdə ittiham olunur.

D. Sidorenko ötən günlərdə Mineralnıye Vodı şəhərindəki "Opera" karaoke-barında yerli sakinlərlə əsgərlər arasında baş verən dava-dalaş zamanı öldürülüb. 26 yaşlı D. Sidorenko bıçaqlanıb.

Mediainfo.az