Rusiyadan gəlmiş meyiti dəfn etməyə aparanlar qəzaya düşdülər

Rusiyadan gəlmiş meyiti dəfn etməyə aparanlar qəzaya düşdülər

23 Yanvar 2015 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 07.00 radələrində Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən avtoqəza baş verib.

Rusiyanın Voronej şəhərində vəfat etmiş Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Cəsur Teyyub oğlunun cənazəsini gətirən "QAZel" markalı yük avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Nəticədə "QAZel" markalı avtomobildə olan sərnişin, Astara rayon sakini Həyat Rəsulov hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Nurlan Teyyub oğlu Əliyev (mərhumun qardaşı) isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZel" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.

Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Mediainfo.az