50 manata görə bacısını qətlə yetirdi

50 manata görə bacısını qətlə yetirdi

22 Yanvar 2015 18:51
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda tükürpədici qətl baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Xolmili kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Çoxlu qan itirən Kübra Əhmədova hadisə yerində ölüb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş Ceyhun Əhmədov isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb.

Qətli törətmiş Ceyhun Əhmədovun həmçinin psixi problemləri olduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az