Xalası qızını bıçaqlayan: “Bütün qadınlar ölümə layiqdir”

Xalası qızını bıçaqlayan: “Bütün qadınlar ölümə layiqdir”

22 Yanvar 2015 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı rayonunda 15 yaşlı qızın bıçaqlanması ilə bağlı yeni məqamlar üzə çıxıb. Vesti.az-ın məlumatına görə, saxlanılan 25 yaşlı Seymur Məmməd oğlu Nəcəfov polis əməkdaşlarının "xalan qızının niyə bıçaqlamısan" sualına belə cavab verib: "Bütün qadınlar ölümə layiqdir".

Saxlanılan şəxs əlavə edib ki, o qadınlara qarşı qəzəblidir. 25 yaşlı oğlan bunu ayrıldığı həyat yoldaşının ona xəyanət etməsi ilə əlaqələndirib. Seymur Nəcəfov xalası qızına hücum etməsini də məhz bu amillə izah etməyə çalışıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları saxlanılan şəxsin dediklərini şüurlu və inandırıcı gəlmədiyi üçün cinayətin əsl səbəblərini aydınlaşdırmaq üçün istintaq işlərini davam etdirir.
Qeyd edək ki, Seymur Nəcəfovun bir azyaşlı övladı var.

Mediainfo.az