"Qanuni oğru" ələ keçdi

"Qanuni oğru" ələ keçdi

21 Yanvar 2015 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Daha bir "qanuni oğru"nun Moskvaya girişinin qarşısı alınıb.

ANS-in məlumatına görə, 16 yanvarda Saloniki aeroportunda 40 yaşlı gürcü saxlanılıb. Kriminal aləmdə Tbilisi Zviadı kimi tanınan Zviad Papiaşvili əməliyyat zamanı ələ keçirilib.

Məlum olub ki, saxlanılan şəxs Macarıstan vətəndaşının saxta pasportundan istifadə edərək Moskvaya uçmağa çalışıb.

Məlumatlara görə, 17 yanvar tarixində "qanuni oğru" hakim qarşısına çıxarılıb. Hakim Papiaşvili qarşı heç bir güzəşt göstərməyib. Qanun pozuntusuna görə, Zviada 5 il həbs cəzası verilib.

Xatırladaq ki, Yeni ilin ərəfəsində başqa bir gürcü oğru saxlanılıb. Yunanıstanda yaşayan Raça ləqəbi Laşa Djeladze Moskvaya səfər edərkən Belarusiya qanun qoruyucuları tərəfindən ələ keçirilib. Nəticədə "qanuni oğru"nun Moskvaya səfəri yarımçıq qalıb.

Mediainfo.az