Vüsal Şilderin qətlini araşdıran hakimdən şikayət edildi

Vüsal Şilderin qətlini araşdıran hakimdən şikayət edildi

21 Yanvar 2015 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alman vətəndaşı Vüsal Şilderi qətlə yetirən şəxslərdən birinə oxunan hökmlə razılaşmayan prokuror apellyasiya şikayəti verib.

Qeyd edək ki, prokuror Vüsal Şilderin qətlində iştirak edən şəxslərin hər birinə ayrılıqda 15 il istəsə də, hakim Elman İsgəndərova 15 il, lakin Seymur Talıbova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi.

Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu 2013-cü ilin mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.

Mediainfo.az