Evdən 2 min manat oğurlandı

Evdən 2 min manat oğurlandı

21 Yanvar 2015 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə evdən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə yanvarın 20-nə keçən gecə Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb. Kənd sakini Dursun Aslanovanın evindən pəncərədən girmək yolu ilə 2000 manatı oğurlanıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tovuz rayon sakini Ramil İsgəndərov tutulub.

Mediainfo.az