İmişlidə bədbəxt hadisə...

İmişlidə bədbəxt hadisə...

21 Yanvar 2015 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan "İJ-43" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az