Qətl törətmiş azyaşlı Elnurun məhkəməsi sabaha qaldı

Qətl törətmiş azyaşlı Elnurun məhkəməsi sabaha qaldı

21 Yanvar 2015 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Heybətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, 8-ci sinif şagirdi olan E. Heybətov tanışı Xasməmməd Rəsulovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçan E. Heybətov polis əməkdaşları tərəfindən tutulub.

Mediainfo.az