Dələduzların məhkəməsi başladı

Dələduzların məhkəməsi başladı

19 Yanvar 2015 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü İlqar Almazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, İlqar Almazov 1996-cı ildə həyat yoldaşı Olqa Almazovanın yaxın rəfiqəsi olan Məlahət Qurbanovun etibarını qazanaraq, biznes quracağı adı ilə ondan 60.000 ABŞ dolları alıb, amma qaytarmayıb. M. Qurbanova bununla bağlı polis orqanlarına məlumat verib. Bundan sonra İlqar Almazov 2001-ci ildə tanışı olan Səidə Məmmədovadan mebel alacağı adı ilə 5000 ABŞ dolları alaraq dələduzluq edib. 9 il müddətində istintaqdan yayınan İlqar Almazov 2014-ci il sentyabr 9-da özü könüllü olaraq polis orqanlarına təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 178.3.2 -ci (dələduzluq) maddələri ilə cinayət işi açılıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirlib. Məhkəmə baxışı yanvarın 26-a təyin edilib.

Mediainfo.az