Biznesmen həmyerlimiz Rusiyada oğurlandı

Biznesmen həmyerlimiz Rusiyada oğurlandı

19 Yanvar 2015 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada məşhur azərbaycanlı biznesmen oğurlanıb. Anspress-in verdiyi məlumata görə, "ət kralı" adlandırılan Barak Əkbərov Surqut şəhərində qaçırılıb.

Ət məhsullarının istehsalı ilə məşğul olan 49 yaşlı biznesmenin qaçırılması ilə bağlı artıq cinayət işi açılıb.

Hadisə yanvarın 16-da baş verib. Belə ki, Barak Əkbərov yaxınlarına zəng edərək evə gəldiyini deyib. Lakin nə qədər gözləsələr də o gəlməyib.

İlkin məlumata görə, iş adamı maşınını həyətda saxlayıb. Bu zaman ona bir necə nəfər naməlum şəxs hücum edib və "Moskviç 2141" markalı maşına salaraq aparıblar. Qeyd edilən maşının Azərbaycan vətəndaşına məxsus olduğu deyilir.

Onun maşının yaxınlığında qanlı papaq tapıblar.

Hadisənin Barak Əkbərovun peşəkar fəaliyyəti ilə bağlı ola biləcəyi istisna edilmir.

Mediainfo.az