Surqut şəhərində yerli biznesmenin qaçırılmasında azərbaycanlı şübhəli bilinir

Surqut şəhərində yerli biznesmenin qaçırılmasında azərbaycanlı şübhəli bilinir

19 Yanvar 2015 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Apa-nın uralinform.ru saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 16-da baş verib.

49 yaşlı yerli sahibkar Barat Əkbərov naməlum şəxslər tərəfindən qaçırılıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında "Moskviç-2141" markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb. Polisə avtomobilin Azərbaycan vətəndaşına məxsus olduğu məlumdur.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, Barat Əkbərovu məşğul olduğu biznes sahəsi ilə əlaqədar qaçırıblar.

Mediainfo.az