Arvadını öldürən sabiq polisin məhkəməsinin baxış iclası ayın 30-na təyin edilib

Arvadını öldürən sabiq polisin məhkəməsinin baxış iclası ayın 30-na təyin edilib

19 Yanvar 2015 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Dilavər Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, D. Əhmədov yaşadığı evdə həyat yoldaşı Gövhər Əhmədovanı boğaraq öldürüb. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan G. Əhmədovanın ailəsi isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onu da qeyd edək ki, D. Əhmədov bir müddət polis əməkdaşı olub. Daha sonra isə xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb.

Mediainfo.az