Məhbus yanına gələn qadın qaraciyərin içərisində telefon gizlədibmiş - FOTO

Məhbus yanına gələn qadın qaraciyərin içərisində telefon gizlədibmiş - FOTO

19 Yanvar 2015 12:02
410
Bəyəndim (0) Bəyənmədim (0)

7 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilən zaman ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia" və 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Nar" danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Mediainfo.az