Qonşusunu bıçaqlayana hökm oxundu

Qonşusunu bıçaqlayana hökm oxundu

16 Yanvar 2015 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə Qaradağ rayonun Sahil qəsəbəsində qeydə alınıb. qəsəbə sakini Ramil Məmmədov həmyerlisi Zaur Əliyevi bıçaqlayıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramil Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az