Həmyerlisi tərəfindən bıçaqlandı

Həmyerlisi tərəfindən bıçaqlandı

16 Yanvar 2015 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə yanvarın 15-də qeydə alınıb. Sumqayıt şəhər sakini Aslan Novruzov münaqişə zəminində həmyerlisi Ramil Namazovu bıçaqlayıb. Ramil Namazov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Aslan Novruzov tutulub.

Mediainfo.az