Qatilə hökm oxunub

Qatilə hökm oxunub

16 Yanvar 2015 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirli bilinən Elvin Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Apa-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Mikayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevi bıçaqlayıb. Araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub.

Mediainfo.az