Maskalı quldur poçta hücum edib

Maskalı quldur poçta hücum edib

15 Yanvar 2015 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda quldurluq hadisəsi baş verib.Nizami Rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsi 70 ünvanında yerləşən 31 saylı Poçt Məntəqəsində qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan maskalı şəxs poçta hücum edərək oradan 287 manat götürərək hadisə yerindən uzaqlaşıb.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Mediainfo.az