Qadına qarşı quldurluq

Qadına qarşı quldurluq

14 Yanvar 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Bakı şəhır sakinləri 1993-cü il təvəllüdlü Rafiq Səfərov və 1988-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 23-ə təyin edilib.

Qeyd edək ki, soyğunçuluq hadisəsi keçən il fevralın 17-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 24/14 ünvanında yaşayan Pərvanə Quliyeva evdən çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. 35 yaşlı P.Quliyeva mənzildən çıxarkən 2 nəfər gənc oğlan ona hücum edib və ağzını tutaraq evə salıb. Qadının çığır-bağır saldığını görən şəxslər əməllərini yarımçıq qoyaraq qaçıblar.

Ararılmış araşdırmalardan sonra quldurluq hadisəsində şübhəli bilinən 1993-cü il təvəllüdlü Rafiq Səfərov və 1988-ci il təvəllüdlü Vüsal Hacıyev müəyyən edilərək saxlanılıb. Məlum olub ki, onlar talan məqsədi ilə qadına hücum ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə cinayət işi açılıb.

Mediainfo.az