Qonşu qadının başını kəsdi

Qonşu qadının başını kəsdi

13 Yanvar 2015 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Beyləqan rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydın. olub Vesti.az-ın verdiyi məlumata görə, 53 yaşlı Malikə Hüseynovu öldürən Tural Bəhramovun onun qonşusu olduğu məlum olub. İlkin müayinədən sonra bəlli olub ki, gənc oğlan qadının boğazına bıçaqla zərbələr endirib və daxilə nüfuz edən 2 xəsarət nəticəsində M.Hüseynova ölüb.

53 yaşlı qadın çoxlu qan itirdiyinə görə hadisə yerindəcə keçinib.

Qətlin hansı səbəbdən, hansı şəraitdə törədildiyi hələlik açıqlanmır. Başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Mediainfo.az