Arvadını öldürənə hökm oxunub

Arvadını öldürənə hökm oxunub

12 Yanvar 2015 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, R. Qurbanov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, Ramin Qurbanov həyat yoldaşı Dilbazi Qurbanovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilir.

Mediainfo.az