Cəlilabadda mütəşəkkil oğru dəstəsi tutulub - FOTO

Cəlilabadda mütəşəkkil oğru dəstəsi tutulub - FOTO

12 Yanvar 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunda uzun müddət oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Apa -nın cənub bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən 2-si qadın olmaqla 6 nəfər saxlanılıb. Saxlanılan şəxslər - Etibar Şamil oğlu Təhməzov, Yusif Şəmsəddin oğlu Məmmədov, Zamin Fəxrəddin oğlu Məmmədov, Ramin Mübariz oğlu Məmmədov, Sevda Sadiq qızı Babayeva və Nuranə Mirzəmməd qızı Məmmədova ilkin dindirmə zamanı dəstə şəklində oğurluqla məşğul olduqlarını etiraf ediblər. İstintaqla o da müəyyən edilib ki, peşəkar dəstənin əsas hədəfi kəndlərdəki ticarət obyektləri olub. Bundan başqa, saxlanılanlar avtomaşınları soyduqlarını da etiraf ediblər. İstintaqın gedişində aşkar olunub ki, dəstə təkcə Cəlilabadda deyil, qonşu Masallı və Biləsuvar rayonlarında da oğurluq ediblər.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az