“Korol”un qarşısında qətl törədənə hökm oxunub

“Korol”un qarşısında qətl törədənə hökm oxunub

12 Yanvar 2015 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Emin Ağazadənin cinayət işi üzrə məhkəmə başa çatıb. Məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Ağazadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Ağazadə "Korol" gecə klubunun qarşısında Vüsal Abdullayevi bıçaqlayaraq qətlə yetirib. Emin Ağazadə ifadəsində qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

Mediainfo.az