Quldur ələ keçdi

Quldur ələ keçdi

8 Yanvar 2015 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat Təhlükəsiz Şəhər Xidməti, Salyan rayon polis şöbəsi və Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Elnur Qiyamovdan və Toqfiq Abbasovdan hədə-qorxu ilə pul və qızıl əşyalar almış qrupun digər üzvü - Bakı şəhər sakini Elvin Həsənzadə tutulub.

Polislər onu idarə etdiyi "Runna" markalı avtomobildə saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az