4 ailə üzvünü bıçaqdan keçirdi

4 ailə üzvünü bıçaqdan keçirdi

8 Yanvar 2015 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı sakini ailə üzvlərini bıçaqlayıb.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Yaşar Əzimov yaşadığı evdə bacısı, 1972-ci il təvəllüdlü İzzətxanım Novruzovaya, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Yaşar Novruzova, övladları - 1999-cu il təvəllüdlü Faiqə və 2002-ci il təvəllüdlü Rəşada bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Y.Əzimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Mediainfo.az