Mütəşəkkil dəstənin daha bir üzvü yaxalandı

Mütəşəkkil dəstənin daha bir üzvü yaxalandı

7 Yanvar 2015 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda hədə-qorxu yolu ilə pul tələb etmə cinayəti törədən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Salyan rayon sakinləri Namus Qiyamovdan və Tofiq Abbasovdan hədə-qorxu gələrək pul tələb etmiş qrupun digər üzvü - Neftçala rayon sakini Pünhan Sayılov tutulub.

Qeyd edək ki, hadisə 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində qeydə alınıb. Rayon sakinləri Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyiblər.

Onlar Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Mediainfo.az