3 polis bir qadını maşına basıb, xəlvətə aparıb...

3 polis bir qadını maşına basıb, xəlvətə aparıb...

24 İyun 2011 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda polislərin 33 yaşlı qadını zorlaması iddiası ilə polis idarəsinə müraciət daxil olub. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 23-də, 1978-ci ildə Ağstafa rayonunda anadan olmuş Ş.S 23-cü Polis Bölməsinə müraciət edib. Qadın müraciətində bildirib ki, iyunun 22-si saat 01 radələrində müvəqqəti yaşadığı Qafqaz küçəsi 49 ünvanındakı mənzilə gedərkən tanımadığı polis nəfərləri ona yaxınlaşıb. Həmin şəxslər Ş.S-ni "FİAT" markalı post patrul maşınına salaraq, xəlvət yerə aparıblar. Burada isə hər üç polis nəfəri gecə saatlarında bacısının baldızının evinə yalqız gedən qadını zorlayaraq buraxıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, hadisə baş verən vaxt polis nəfərləri xidməti paltarda olub, onların adları da müəyyənləşdirilib. Məlumata görə, həmin şəxslər Post Patrul Xidmətinin əməkdaşları B.E, S.T və M.İ-dir. Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, zorlandığını bildirən qadın həmin polis nəfərlərinin özündən üzr istəməsini də tələb edib.

Həmişə polis araşdırır, bu dəfə polisin əməlini araşdıracaqlar.

Tofiq Əliyev

O.M.