Qardaşı arvadını qətlə yetirdi

Qardaşı arvadını qətlə yetirdi

5 Yanvar 2015 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlaxda qətl törədilib. Məlumata görə, rayon sakini Nuranə Abdullayeva bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Nuranə Abdullayevanın qaynı Samir Abdullayev tərəfindən qətlə yetirilməsi məlum olub. O, polis tərəfindən saxlanılıb. S.Abdullayev istintaqa ifadəsində qətli qısqanclıq zəminində törətdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az