Biləcəridə baş verən qəzada yaralananların adları bəlli olub - Foto

Biləcəridə baş verən qəzada yaralananların adları bəlli olub - Foto

31 Oktyabr 2014 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Biləcəri qəsəbəsində avtobusun yük maşınına çırpılması nəticəsində yaralananlardan 5-nin adı məlum olub. 1993-cü il təvəllüdlü İsmayilov Huseyin Mübariz oğlu Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daha iki sərnişin - 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı və 27 yaşlı Zeynalova Günay Bilal qızı isə dəmiryolu xəstəxanasına çatdırılıb. 52 yaşlı Əmrahova Zemfira Mədət qızı da xəstəxanaya yerləşdirilib.

Sürücü - 37 yaşlı Hüseynov Eyvaz Bayram oğlu deformasiyaya uğramış avtobusdan FHN-in xilasediciləri tərəfindən çıxarılıb, təcili tibbi yardım briqadasına təhvil verilib.

Xatırladaq ki, dünən Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. /apa/

Mediainfo.az