Sərxoş qadın ofisiant qıza ülgüclə xəsarət yetirdi

Sərxoş qadın ofisiant qıza ülgüclə xəsarət yetirdi

20 İyun 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 19-da Bakıdakı kafelərdən birində qanlı hadisə baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu Dəmiryolu Stansiyasının ərazisində yerləşən kafedə 1988-ci il təvəllüdlü Günay Hobalova orada ofisiant işləyən 1988-ci il təvəllüdlü Tehranə Məmmədovanı döyüb. Daha sonra isə üzərindəki ülgüclə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Hadisəni törədən zaman G.Hobalova sərxoş vəziyyətdə olub. O, T.Məmmədova ilə aralarında yaranmış köhnə mübahisəni bitirmək üçün kafeyə gəlib və dava salıb. G.Hobalova saxlanılıb. Qeyd edək ki, hər iki qız Bakıda kirayə yaşayır. T.Məmmədova Yevlaxdan, G.Hobalova isə Zaqataladan Bakıya işləmək üçün gəliblər.

İşləmək üçün gəlmişdilər başlarına iş açdılar.

Tofiq Əliyev

O.M.