Şirkət rəhbərinə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "Oskar Qrup" MMC tikinti şirkətinin direktoru Muxtar Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Muxtar Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Muxtar Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub. O, vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər