Bankomat kartından oğurluq
Bakı sakini oğurluq edib. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, sentyabrın 17-dən oktyabrın 22-dək olan müddətdə Bakı şəhər sakini Elman Muradovun "Zamin bank"-a aid bankomat kartından internet vasitəsi ilə 137 manat oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ceyhun Əsgərov tutulub.
Mediainfo.az
Digər xəbərlər