Bankomatlardan oğurluq edən hindistanlıların şikayəti təmin edilməyib

Bankomatlardan oğurluq edən hindistanlıların şikayəti təmin edilməyib

21 Oktyabr 2014 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Hindistan vətəndaşlarının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Apa-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, həmin şəxslər bankomatlardan pul oğurlamaqda təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadarjah Tanikamalam 8 il, Raqul Kişor 9 il, Arulkumaran Paramisanqam isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az