Bakıda qadını və qızını zəhərləyən şəxsə ömürlük həbs cəzası verildi

Bakıda qadını və qızını zəhərləyən şəxsə ömürlük həbs cəzası verildi

20 Oktyabr 2014 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini 59 yaşlı Aydın Qəhrəmanovun məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, A. Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, Aydın Qəhrəmanov qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanın bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək istəyib. Bunun üçün o, Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. Aidəyə yuxugətirici adı ilə müxtəlif dərmanlar içirib. Həmin vaxt evdə olan Aidənin bacısı qızı Samirə də həmin dərmanlardan istifadə edib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb. Vəziyyətdən istifadə edən A. Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanov adlı şəxsə satıb.

Mediainfo.az