24 yaşlı gənci vəhşicəsinə döyüblər!
Bakıda gənc oğlanı ölümcül döyüblər. Xətai rayonu ərazisində Hövsan qəsəbə sakini, 24 yaşlı Cəmil Xudiyev naməlum şəxsin hücumuna məruz qalıb.
Milli.az xəbər verir ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında naməlum şəxs C.Xudiyevi yerə yıxaraq təpikləyib. Ağır xəsarətlər alan gənc xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilib ki, C.Xudiyev başından, alnından, topuğundan ciddi zədələr alıb. Döyülmə faktı ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsində araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər