Yerevanda azərbaycanlı döyülərək öldürüldü

Yerevanda azərbaycanlı döyülərək öldürüldü

14 Oktyabr 2014 11:16
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan paytaxtında iranlı vətəndaşın meyiti tapılıb

Ermənistan paytaxtında iranlı vətəndaşın meyiti tapılıb. Tert.am-ın xəbərinə görə, 13 oktyabr saat 00:10 radələrində Yerevanın Kentron polis idarəsinə naməlum insan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatda bildirilir ki, Əmiryan küçəsi ev 3 ünvanında tapılan kişi meyiti təcili tibbi yardım maşını ilə 1 saylı şəhər universitet kliniki xəstəxanasına gətirilib. Polisin ilkin araşdırmasından sonra mərhumun 55 yaşlı İran vətəndaşı İsfəndiyar Qayxan olduğu aşkar edilib. O da məlum olub ki, əcnəbi qonaq Yerevanın "Mariott" mehmanxana kompleksinin yaxınlığında baş verən davada döyülərək öldürülüb.

Ermənistanın "Çorrord İşxanutyun (4-cü hakimiyyət)" qəzetinin məlumatına görə, qətlə yetirilmiş İran vətəndaşı əslən Ərdəbil şəhərindən olan azərbaycanlıdır. O, Yerevana idarə etdiyi ağır tonnajlı yük maşını ilə gəlib.

Faktla bağlı cinayət işi açılıb, məhkəmə tibbi ekspertizası təyin olunub.

Mediainfo.az