“Azəriqaz”ın borusunu oğurlayan tutuldu
Bakının Xəzər rayonunda dövlət qurumuna məxsus boru kəmərini oğurlayan tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Binə atçılıq sahəsində "Azəriqaz" İstehsalat Birliyi Xəzər Qaz İstismar Sahəsinə məxsus istifadəyə yararsız qaz kəmərinin 177 metrlik hissəsini kəsərək oğurlamış Füzuli rayon sakini Rəhman Quliyev tutulub.
Mediainfo.az
Digər xəbərlər