Quba-Xınalıq yolunda qəza baş verib
Ötən gün axşam saatlarında Quba rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 43-cü km-də, rayonunun Cek kəndində qeydə alınan qəzada 5 nəfər xəsarət alıb.
Belə ki, 43 yaşlı İmran Mövlüdağa oğlu Yusifovun idarə etdiyi "Niva" markalı avtomobil 28 yaşlı Adıgözəl Vahid oğlu Hümmətova məxsus "Mercedes" markalı maşınla toqquşub.
Qəza zamanı avtomobildə olan sərnişinləri 36 yaşlı Məlahət Nürəddin qızı Qəribova, 42 yaşlı Vüqar Vahid oğlu Qəribov və 29 yaşlı Cahangir Əzizağa oğlu Yusifov yaralanıb. Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər