Lahıc bağlarının hasarını sökənlər ələ keçiblər

Lahıc bağlarının hasarını sökənlər ələ keçiblər

11 Oktyabr 2014 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 6-da Bakı şəhər sakinləri Orxan Bünyatzadə, Səkinə Həsənova, Vahid Cavadov, Məmməd Məmmədov, Elbrus Həsənov, Arif İbrahimov, Gülsəba Muradova və İlham Muradovun Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında yerləşən torpaq sahələrinin hasarlarının uçurulması aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, torpaq sahələrinin hasarlarını uçuranlar Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Rüfət Mahmudov, Ucar rayon sakinləri 1978-ci il təvəllüdlü Məmiş Beydullayev, 1981-ci il təvəllüdlü Durmuş Hacıyev və 1961-ci il təvəllüdlü Abbas Abbasov tutulublar.

Mediainfo.az