Fransada ermənilər, ruslar və çeçenlər dalaşdı
Fransanın Marey-le-Mo şəhərində ermənilər, ruslar və çeçenlər arasında düşən davada iki kişi ağır yaralanıb. Bir tərəfdə iki erməni qruplaşması, digər tərəfdə isə ruslar ilə çeçenlər dalaşıblar. İnsident zamanı iki rus bıçaq yarası alıb.
Onlar helikopterlə Parisdəki və Paris regionundakı xəstəxanalara yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaşları 16-50 arasında olan 6 erməni saxlanılıb. Davanın səbəbi hələlik bilinmir. Mo şəhərinin polis bölməsində araşdırma aparılır
Digər xəbərlər